Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/speople/public_html/xsh/engine/classes/templates.class.php on line 226 Əsas - Xaçmaz- şərab http://xsh.shahdagpeoples.az/ ru Əsas - Xaçmaz- şərab DataLife Engine ŞİMAL BÖLGƏSİ XAÇMAZ RAYONUNUN YÜZ YAŞLI EMAL MÜƏSSİSƏSİ http://xsh.shahdagpeoples.az/esas/9-yz-yali-emal-mssss.html http://xsh.shahdagpeoples.az/esas/9-yz-yali-emal-mssss.html Bu gün respublikamızın qəsəbəsində fəaliyyət göstərən üzüm emalı və şərab-alkoqollu içkilər istehsal edən emal müəssisəsi özünəməxsus Zeynalabdin Tağıyev hüquqi qeydiyyati ilə “Xaçmaz şərab” ATSC-nin müəssisə kimi yaranma tarixi XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Məhz o dövrdə məşhur Şollar-Bakı su kəmərinin tikintisində mühüm rolu olmuş Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən Xudat qəsəbəsi yaxınlığında – indiki Yeni həyat qəsəbəsi adını daşıyan ətraf ərazidə salınan üzüm sahələrinin məhsullarının emalı məqsədilə mövcud şərab zavodu inşa edilmişdir. Həmin emal müəssisəsi Hacı Z.A. Tağıyevin sifarişi ilə ö dövrdə Azərbaycanın qərb ərazilərində məskunlaşan almanlar tərəfindən şərab zavodu inşa edilmişdir. Çox keçmir ki, o dövrün müasir emal avadanlığı ilə təchiz edilmiş zavod işə başlayaraq zamanında ətraf bölgələrin istehsalçılarının tələbatını təmin edir. O vaxtdan və Sovet İttifaqı dövrü və ölkəmizin müstəqillik illərində (1991-2017 və perspektiv illərdə) müəssisə bir neçə qısa fasilə nəzərə alınmazsa, daim fəaliyyət göstərmiş və daim öz istehlak tələbatını (daxili və xarici) ödəmişdir. Buradakı qədim emal avadanlığı (xüsusən palıd butlar 3-5 tonluq yaxud 300-500 dkl və çəlləklər) isə SSRİ-nin 1986-cı illərin geniş miqyas almış “antialkoqol” kampaniyası gedişində amansızcasına dağıdılaraq digər məqsədlərlə istifadə olunmuşdur. 1994-cü ildən ölkəyə H.Əliyevin rəhbərliyi ilə hazırda “Xaçmaz şərab” yenidən formalaşmış və Azərbaycanın emal müəssisələri sırasında geniş imkanlarla tanınan müəssisə bir neçə adda və çeşiddə yüksək keyfiyyətli məhsul istehsal və bir çox hissəsini MDB ölkələrinə ixrac edir. Hal-hazırda “Xaçmaz şərab”ın məhsullarına MDB məkanının bir çox ölkələrinin pərakəndə satış məntəqələrində tələbat məhsullarına rast gəlməsi labüddür.]]> admin Sun, 30 Apr 2017 11:43:00 +0400 “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI http://xsh.shahdagpeoples.az/esas/12-2012-2020-ci-illrd-azrbaycan-respublikasnda-zmlyn-inkiafna-dair-dvlt-proqramnn-tsdiq-edilmsi-haqqnda-azrbaycan-respublkasi-prezdentnn-srncami.html http://xsh.shahdagpeoples.az/esas/12-2012-2020-ci-illrd-azrbaycan-respublikasnda-zmlyn-inkiafna-dair-dvlt-proqramnn-tsdiq-edilmsi-haqqnda-azrbaycan-respublkasi-prezdentnn-srncami.html Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:
1. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti                                                                                              Bakı şəhəri, 15 dekabr 2011-ci il  № 1890]]>
admin Wed, 29 Mar 2017 09:31:57 +0400