AZƏRBAYCANDA ŞƏRABÇILIĞIN İNKİŞAF TARİXİ Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. İndiki Azərbaycan ərazisində üzümün bejərilməsinin qədimliyini çoxsaylı ədəbiyyat məlumatları, eləjə də arxeoloci qazıntılar zamanı tapılmış zəngin qədim əşyalar, maddi mədəniyyət abidələri, üzüm bitkisinin müxtəlif orqanlarının, üzüm və şərabçılıq məhsullarının qalıqları sübut edir. Hazırda Şimali Amerika, Şərqi Asiya və Avropa əraziləri dünyada üzüm bitkisinin mənşə mərkəzləri hesab olunur ki, Avropada da, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən qədim mənşə, yaranma və formalaşma mərkəzlərindən olub, yabanı üzüm formaları və qiymətli yerli üzüm sortları ilə zəngindir. Üzüm bitkisinin qazıntı halında tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm 55 milyon il bundan qabaq, bizim planetin geoloci tarixinin üçüncü dövründə meydana gəlmişdir. Buna əyani sübut olaraq Azərbaycanın Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli tapıntı kimi göstərmək olar. Təxminən 500 min il tarixə təsadüf edən yabanı üzüm yarpağının daşlaşmış qalıqları Araz çayının ətrafında yuxarı pliosen qatında Naxçıvan ərazisindən tapılmışdır. Bozdağın qərb hissəsində (Göygöl rayonunda) geoloji tədqiqat apararkən 1-2 milyon il bundan qabaq əmələ gəlmiş Abşeron adlanan çöküntülərdə yabanı üzümün yarpaqlarının daş üzərindəki izlərindən ibarət zəngin tapıntılar aşkar olunmuşdur. 1962-ci ildə Ağstafa yaxınlığında eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində ən azı 7000 illik tarixi olan mədəni üzüm toxumları arxeoloci qazıntılar zamanı tapılmışdır. Arxeoloci qazıntılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gilələr aşkar olunmuşdur. Toxumların ən irisi 6,5 mm, gilələrin böyüklüyü isə 18-20 mm ölçüdə olmuşdur. Mütəxəssislər gilə və toxumların süfrə sortlarına məxsus olduğunu göstərirlər. Gənjəçay ərazisində son tunj dövrünə aid olan bir kurqandan tapılan gil qabın içərisindəki qalıqlarda şərab çöküntüləri və üzüm toxumları çoxluq təşkil etmişdir. İçərisində üzüm qalıqları olan şərab küpləri Mingəçevirdə tunj dövrünün sonuna aid olan qədim qəbirlərdən də tapılmışdır. Qazax şəhərinin qərbindəki Sarıtəpə adlı qədim yaşayış yerində arxeoloci qazıntılar zamanı iri küplər, üzüm gilələri və toxumları tapılmışdır. Eramızdan əvvəl II minilliyin sonuna aid olan bu tapıntılar üzərində tədqiqat aparan professor A.M.Neqrul onların mədəni üzümə aid olduğunu müəyyən etmişdir. Azərbaycanda şərabçılığın qədim tarixi abidələrindən biri də 1931-ci ildə Göy-göl rayonu yaxınlığında təpənin qazılması zamanı Y.H.Hummel tərəfindən tapılmış küpdür. 1939-1949-cu illərdə B.B.Piotrovski (1949, 1950) bu tapıntını tunc dövrünə - e.ə. II minilliyin sonu və birinci minilliyin əvvəlinə - aid etmişdir. Küpün içərisində üzüm toxumları, habelə şərabın daşlaşmış çöküntüləri olmuşdur. 1956-jı ildə Gədəbəy rayonunun Xar-xar kəndində XVI əsrə aid edilən küp və şərab saxlamaq üçün nəzərdə tutulan başqa qablar tapılmışdır. Tədqiqatlarla aydınlaşdırılmışdır ki, tapılan küp şərab istehsalı və saxlanılması üçün hazırlanmışdır. Küpdəki qalıqların tədqiqatı göstərmişdir ki, burada şərab çöküntüləri üstünlük təşkil edir. Arxeoloji qazıntılar zamanı tapılan üzüm qalıqları, təsərrüfat küpləri ilə yanaşı üzümçülükdə və şərabçılıqda işlədilən qədim əmək alətlərini (salxımların töküldüyü hovuz, üzüm əzmək üçün axurlar, üzüm əzən alətlər, küplər, qədəhlər və s.) Azərbaycan əhalisinin əkinçilik mədəniyyətinin qədimliyindən xəbər verir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdir ki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları (400-dən çox) və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri, habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar (mürəbbə, riçal, doşab, sirkə, abqora, sujuq, kişmiş, mövüj, turşaşirin, şirə, şərbət, şərablar, spirt və s.) bu ərazidə əhalinin üzümçülüklə kor-koranə deyil, məqsədyönlü məşğul olduğunu göstərir. Müxtəlif dövrlərdə yaşamış dünyanın məhşur tarixçi, səyyah, joğrafiyaşünas və alimlərinin əsərlərində, qeydlərində, xatirələrində də Azərbaycanın üzümçülüyü və şərabçılığı haqqında dəyərli fikirlər vardır. Dünyanın məhşur səyyah, joğrafiyaşünas və alimləri Heredotun (e.ə. V əsr), Plininin (e.ə. 23-79-cu il), Strabonun (e.ə. I əsr-eramızın II-III əsri, 330-400-cü illər), Əbü Düləfilin (X əsr), Afanasi Nikitinin (XI əsr), Məsud ibn Nəmdarın (XII əsr), Yexstafinin (XII əsr), Həmdullah Qəzvinin (XIII əsr), Mikluxo Maklayın (XIII əsr), Rəşid əd-dinin Əbdürəşid Qamivinin (XIII əsr), Marko Polonun (XIII-XIV əsr), Adam Oleraninin (XVII əsr), Evliya Çələbinin (XVII əsr), Korneli de Bruinin (XVII-XVIII əsr), İ.İ.Şopenin (XIX əsr), Fridrix Marşal fon Biberşteynin (XVIII-XIX əsr) və başqalarının əsər, xatirə və qeydlərində üzümün ən qədim vətənlərindən birinin Azərbaycan olduğu barədə fikirlər vardır.Azərbaycanın şifahi xalq ədəbiyyatının ən qədim (VII əsr) abidəsi olan «Kitabi Dədə Qorqud» dastanında da üzümçülük və şərabçılığın mövjud olduğunu sübut edən kəlamlara rast gəlirik. XIII əsrdə yaşamış Azərbaycanın dahi şairi Nizami Gənjəvi «İsgəndərnamə» və «Yeddi gözəl» poemalarında yazırdı ki, Azərbaycan üzüm və digər meyvələrlə zəngindir. Ərəb tarixçiləri və joğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gənjə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövjudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb joğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-cu il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330- 400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər. Almaniyanın feodal hakimlərindən biri olan Qolştiniya hersoqu III Fridrixin (1616-1659) Səfəvi sarayına göndərdiyi elçilər heyətinin tərkibində 1636-1638-ci illərdə Azərbaycana gəlmiş Adam Oleari yurdumuzu başdan-başa gəzmişdir. Adam Oleari ilk dəfə 1647-ci ildə nəşr olunmuş məşhur «Moskva dövlətinə, Moskva dövlətindən İrana və oradan geriyə səyahətin təsviri» adlı səyahətnaməsində yurdumuz barədə bir çox maraqlı məlumatlarla yanaşı Azərbaycanın bitki aləminə də geniş yer vermiş, burada yetişdirilən üzüm sortlarından ətraflı söhbət açmışdır. Səyyah yazmışdır ki, Səfəvilər dövlətində «çoxlu üzüm sortu var». Ən yaxşı üzüm sortlarına isə Şirazda, Təbrizdə, Tarumda, Ordubadda, Şamaxıda, Astarada rast gəldiyini qeyd edir. Adam Oleari Təbrizi, Xalac üzüm sortlarını çox yüksək qiymətləndirir və Almaniyada belə sortların olmadığını söyləyir. Azərbaycan ədəbiyyatının VII əsr abidələrindən biri olan «Kitabi Dədə Qorqud» həmin dövrdə burada üzümçülüyün və şərabçılığın mövcudluğundan xəbər verir. Oğuzların keyf məjlisinə həsr olunmuş bu rəvayətdə «Səksən yerdə küplər, qızıl dolçalar qoyulmuşdur, hamı içirdi ... Keyf məclisi uzun çəkdi. Tünd şərab Ulam Salar Qazanın oğlunu məst etmişdir» deyilir. İslamın qadağan etməsinə baxmayaraq Azərbaycanda nəinki üzümçülük, hətta şərabçılıq da qorunub saxlanmışdır. Lakin bu sahə öz inkişafında şərab istehsalının qadağan edilməsi və üzümçülükdə yüksək vergilərin qoyulması ilə əlaqədar olaraq kənd təsərrüfatının digər sahələrindən geri qalmağa başlamışdır. XIV əsrə aid yazılı mənbələrdə deyilir ki, Azərbaycanın bir sıra yerlərində həmçinin mövüj, sirkə, abqora və s. hazırlanırdı. Üzümçülüklə məşğul olan kəndlilər öz şəxsi tələbatı və eləjə də satış üçün üzümdən doşab, turşa-şirin və digər şirniyyatlar hazırlayırdılar. Bütün göstərilən tarixi faktlar Azərbaycanın indiki ərazisində kaspilərin, midiyalıların və albanların yaşadığı dövrə aiddir. Bu faktlardan aydın olur ki, min il ərzində üzümçülük bir sahə kimi öz mövjudluğunu saxlaya bilmişdir. Monqolların Azərbaycana hücum etdikləri dövr üzümçülüyün inkişafında həlledici rol oynamışdır. Monqolların hökmranlığı dövründə monqol ordusunu saxlamaq üçün əhali xüsusi vergiyə jəlb olunurdu. Onun həjmi qeyri-müəyyən idi, hər vergi verəndən təxminən 40 kq buğda, 20 litr şərab və bir qədər pul tələb olunurdu. Həmdulla Qəzvini Azərbaycanın jənubunda pambıq, buğda, düyü, meyvə və üzüm yetişdirilməsi barədə maraqlı məlumatlar verir. XV əsrdə Azərbaycanda öz iqtisadi inkişafına görə Şirvan bölgəsi çox fərqlənirdi. Ölkənin jənub zonası ilə müqayisədə Şirvanda kənd təsərrüfatının inkişaf səviyyəsi yüksək, məhsul çox və məhsulların qiyməti aşağı idi. 1475-ci ildə Şirvanda olmuş Ambroje Kontarini yazır ki, Şabran şəhərində yerli əhalinin ehtiyaclarını ödəyəjək qədər taxıl, pambıq, düyü, üzüm, tərəvəz və meyvə istehsal olunurdu. Məşhur rus səyahətçisi Afanasi Nikitin Bakıda olmuş, qala ətrafı yerlərin bitkisiz, Abşeron yarımadasının şimal hissəsində meyvə bağları və üzümlüklər olduğunu qeyd etmişdir. I Pyotrun dövründə inkişaf etmiş Rus manufaktur sənayesinin Azərbaycanda istehsal edilən xammal materiallarına ehtiyajı var idi. O, Rusiyaya lazımi miqdarda ipək, pambıq, yun parça, rəng, meyvə, şərab və şirniyyat verə bilərdi. 1777-ci ildə Şamaxıdan keçən məşhur Holland səyahətçisi Korneli Debryuin Şirvanın var-dövləti, gözəl şərabları, meyvələri, at və heyvanlar haqqında söhbət açır. Rus hökuməti Azərbaycanın Xəzərətrafı vilayətlərində bağçılıq və şərabçılığı inkişaf etdirmək niyyətində idi. Şamaxı və Dərbənd ətrafında meyvə bağları və üzümlüklər salındı. Eyni zamanda Rusiyada bağçılığı inkişaf etdirmək məqsədilə I Pyotrun sərəncamı ilə tənək almaq üçün Şamaxıya xüsusi nümayəndə göndərilmişdir. Naxçıvanın Vənənd kəndindəki məscidin üzərində yazılmış kitabələrdə XIII əsrin 30-cu illərində ölkə təsərrüfatı və ərzaq təminatı məsələsinə aid qiymətli məlumatlar verilir. Yazıda deyilir: «Həmin illərdə məhsul az olmuş, belə ki, bir man. buğdanın dəyəri 400 dinar, düyüc-c800, yağ - 2800, bal - 3200, üzüm şirəsi (doşab) - 2400, pendir - 1600, üzüm qurusu - 2400, arpa - 350, adi ərik - 80, sarımsaq - 1200, pambıq - 400, qarpız tumu - 500 dinar olmuşdur». A.Kələntərin (1895) məlumatına görə, 1895-ci ildə Azərbaycanın Bakı quberniyasında 3331,5 hektar bar verən üzüimlüklər vardır ki, burada istehsal olunan üzüm əsasən təzə halda və emal olunaraq şərab və spirt şəklində quberniya daxilində və qonşu quberniyalara satılırdı. Q.Q.Daniyelbəyov (1895) yazır ki, Quba qəzasında əkilib-bejərilən üzümlüklərin hər desyatinindən (1,082 hektar) 500 pud üzüm toplanırdı, hər il 300 vedrəyə qədər şərab istehsal edilirdi. XIX əsrin axırlarında Azərbaycanın üzüm- çülük və şərabçılığın güjlü inkişaf etdirildiyi ərazilərinə Göyçay və Şamaxı qəzaları, İrəvan (Naxçıvan) quberniyası da daxil idi ki, buranın üzümlüklərində ağ, qırmızı, qara, çəhrayı və s. rəngdə gilələri olan onlarla süfrə, texniki və kişmişi üzüm sortları (Xərci, Əskəri, Misqalı, Haçabaş, Gəzəndayı, Xəlili, Ağ səabi, Rişbaba, Çilal, Kişmişi, Ordusu, Tülküquyruğu, Qalınqabıq, Şırşıra, Şəkərbura, Hüseyni, Mərməri, Bəndi, Tayfı yaxud Aldərə, Təbərzə, Şəfeyi, Molla Əhmədi, Şahangir, Qaradamaq, Kərimqəndi, Əmiri, Durna gözü, Şiray, Şirvanşahı, Keçiəmjəyi, Xəzri, Qızıl üzüm, Çil üzüm, At üzüm, Beyləqani, Xan üzüm, Şəkəri, Dəvəgözü, Ağrı, Mahmudabi, Xunqi, Əlvan, Sısaq və s.) yetişdirilirdi. Keçən əsrin əvvəllərində Azərbaycanda məskunlaşmış alman koloniyaları üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynamışlar. Şərqi Azərbaycanda Ağrıyev, Jakumov, Şustov kimi iri firmalar üzüm emalı üzrə fəaliyyətdə oldular. Zaqafqaziya statistika idarəsinin məlumatına görə, 1913-cü ildə Azərbaycan ərazisinin 15 qəzasında 26,5 min hektar üzümlüklər mövjud idi. Birinci dünya müharibəsi illərində üzümlüklərin sahəsi və onların məhsuldarlığı xeyli aşağı düşdü. Sonralar iri təsərrüfatlar milliləşdirilirdi və onların əsasında «Azvin», Qarabağda - «Karvin», Naxçıvanda - «Naxvin» dövlət şərab-spirt trestləri yaradıldı. Müflisləşmiş yerli kəndli təsərrüfatları «Konkordiya», «Kolokol», «Loza», «Karvinkoop», «Kax» üzümçülük kooperativləri formasında birləşdilər. Bu birliklər Azərbaycanda üzümçülük və şərabçılığın gələjək inkişafının ilkin əsasını qoydular. Azərbaycanda kənd təsərrüfatının yenidən qurulması üzüm- çülük və şərabçılığın gələjək inkişafı üçün təkan verdi. Kəndlilərin üzümçülük istehsal kooperativləri kolxozlar şəklində birləşdilər, şərabçılıq zavodları isə dövlətin mülkiyyətinə çevrildi. 1921-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft-Kimya Akademiyası) kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərən üzümçülük və şərabçılıq kafedrası bu sahədə mütəxəssislərin hazırlanmasında böyük rol oynamışdır. Artıq 1924-cü ildə üzüm istehsalı 89,3 min tona, şərab istehsalı isə 5,9 min dekalitrə yüksəldilmişdir. 1929-ju ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Aqrar Universiteti) və 1930-1931-ci illərdə Gənjə və Azərbaycan Üzümçülük və Şərabçılıq Təjrübə Stansiyası müxtəlif rayonlarda aborigen üzüm sortlarının öyrənilməsinə başlamış, bu dövrdə Ağdam, Gənjə və Abşeronda 80-ə qədər aborigen süfrə və texniki üzüm sortları aşkar olunmuşdur. Kollektivləşdirmənin inkişafı və təsərrüfatların möhkəmləndirilməsi birinci və ikinci beşilliklərdə yeni üzümlüklərin salınmasına imkan verdi. 1940-cı ildə üzümlüklərin sahəsi 33 min hektara çatdı. Üzümlüklərin vəziyyəti yaxşılaşdı, məhsuldarlıq xeyli yüksəldi. 1940-1941-ci illərdə Azərbaycanda üzüm əkinlərinin xüsusi çəkisi keçmiş İttifaqdakı üzümlüklərin 11,5%-ni təşkil edirdi. Müharibə dövründə (1941-1945) Azərbaycan üzümlüklərinə çox böyük zərbə dəydi. Əmək ehtiyatlarının azalması, kənd təsərrüfatı işlərinin mexanikləşdirmə səviyyəsinin aşağı düşməsi, kənd təsərrüfatının mineral gübrələrlə, xüsusən də zəhərləyici maddələrlə təminatının zəifləməsi ilə əlaqədar üzümlüklərin vəziyyəti kəskin surətdə pisləşdi. 1947-ci ildə respublikada üzümlüklərin sahəsi 21,4 min hektaradək azaldı. O dövrdə üzümlüklərdə sort azlığı problemi bu sahənin hərtərəfli inkişafına mane olurdu. Buna əsaslanaraq 1945-ci ildən başlayaraq respublikamızın ayrı-ayrı zonalarında yerli üzüm sortlarının aşkar edilərək təsərrüfatlara tətbiq olunması məqsədilə ekspedisiyalar təşkil edilmiş və nətijədə 205-dən artıq aborigen üzüm sortları aşkar olunmuş və kolleksiyalara daxil edilmişdir. 1954-cü il respublikada üzümçülüyün inkişafında dönüş ili oldu. Bu dövrdən başlayaraq üzüm əkinlərinin sahəsi və məhsul istehsalı ildən-ilə artmağa başladı. Həmin ildə üzüm əkinlərinin sahəsi 28 min hektara çatdırıldı. Respublikanın Qarabağ-Mil, QubaXaçmaz, Lənkəran-Cəlilabad zonalarında üzümçülük-şərabçılıq sənayesi üzrə yeni mərkəzlər yaradıldı. Respublikanın rayonlarında üzümçülüyün inkişafı üçün əlverişli şəraitin yaranmasını nəzərə alaraq yaxın illərdə kənd tə- sərrüfatı sahələrinin genişləndirilməsi üçün mühüm qərarlar qəbul olundu. 1957-1965-ci illərdə əkin sahələrini daha da genişləndirmək üçün təsərrüfatların təşəbbüsləri bəyənildi. Bu qərarları yerinə yetirərək təsərrüfatlarda yeddiilliyin birinci ilində respublikada 17 min hektar sahədə yeni üzümlüklər salındı. 1958-ci ilin axırlarında üzümlüklərin ümumi əkin sahəsi 40 min hektara, 1960-cı ilin əvvəllərində isə 48 min hektara çatdırıldı. Keçmiş İttifaqda Azərbaycanın üzümçülük və şərabçılıq sahəsinin xüsusi çəkisi əkin sahəsinə görə 10%, üzüm istehsalına görə 5% və şərab istehsalına görə 6% təşkil edirdi (1965). Azərbaycan hökumətinin sonrakı qərarlarında (1958, 1962, 1967) respublikada üzümçülüyün və şərabçılığın daha da inkişaf etdirilməsi, xüsusən üzüm sahələrinin genişləndirilməsi, yeni sovxozların yaradılması, şərab zavodlarının, soyudujuların və s. tikilməsi üzrə böyük tədbirlər planı qəbul olundu. Azərbaycanın şərab zavodları 60 markadan çox şərab, o cümlədən 17 növ turş şərab (Bayan, Alşərab, Sadıllı, Mədrəsə, Novruzlu, Şamxor, Qarakənd), 20 növ portveyn tipli tünd desert şərabı (Ağstafa, Alabaşlı, Ağdam, Qızıl şərbət, Qara yeri, Qara Çanaq, Mil, Göytəpə, Qarabağ, Şahbuz, Azərbaycan, Şamaxı, Kürdəmir) və konyaklar (Göygöl - 3, 4, 5 ulduzlu, Bakı, Yubileyni) istehsal edirdilər. Azərbaycan şərabları özünün son dərəjə gözəl və təkrarolunmaz buketinə və əla keyfiyyətinə görə layiqli şöhrət qazandı. 1964-cü ildən başlayaraq Azərbaycan şərabları beynəlxalq sərgilərdə və dequstasiyalarda dəfələrlə qızıl, gümüş medallara, fəxri diplomlara layiq görüldü. 1967-ci ilin məlumatlarına görə, Azərbaycanın markalı desert və turş şərabları, konyakları, şampan şərabları 37 medala, o cümlədən 13 qızıl medala layiq görülmüşdür. 1965-ci ildə şərab materialları istehsalı 10 mln. dekalitrə çatdırılmışdır. 1966-cı ildə respublikada 24 ilkin şərabçılıq zavodu var idi. Bunun da 11-i ixtisaslaşdırılmış üzümçülük-şərabçılıq sovxozlarında yerləşdirilmişdir. Onların ümumi gücü 311,8 min dekalitr təşkil edirdi. Bundan başqa 40 ədəd yeni şərabçılıq zavodu tikilirdi. Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və tələbkeşliyi ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalı isə xeyli yüksəlmişdir. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrənmək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü və tələbi ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özünün yüksək inkişaf mərhələsini keşmişdir. Bu illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən – ilə yaxşılaşırdı. Ulu öndərimizin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir. Azərbaycanın ayrı-ayrı üzümçülük təsərrüfatlarında müxtəlif sortlardan yeni üzümlüklərin salınması geniş vüsət aldı. Qeyd etmək lazımdır ki, mövjud üzümlüklərdə süfrə və texniki sortların əkinləri arasındakı nisbətin qeyri-normal olması ilə əlaqədar olaraq gələjəkdə öz keyfiyyəti ilə üstünlük təşkil edən yerli sort əkinlərinin artırılması nəzərdə tutuldu. Respublikada üzümlüklərin joğrafi jəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi respublikamızın dünyada aparıjı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi. 1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün H.Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. Bu tədbirlərin uğurlu nətijəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar 29 fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həjmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. H.Əliyev bütün müvafiq təşkilatlara və kənd təsərrüfatı orqanlarına istehsalı yalnız intensivləşdirmə yolu ilə inkişaf etdirilməyin mümkün olacağını izah edir və bunun üçün hər bir kolxoz və sovxozda konkret tədbirlər görülməsini tələb edirdi. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektar ərazini tuturdusa, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir. 1970-1980-ci illərdə Respublikada üzümçülük yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülüyün inkişafı ilə yanaşı respublikada şərabçılığın inkişafı da təmin olundu. Vaxtilə (1980-1985-ci illər) Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortlarının, 14,7%-ni isə süfrə sortalrının yetişdirildiyi ərazilər təşkil edirdi. Lakin respublikada yayılmış yerli üzüm sortlarının genofondunun 70-80%-i süfrə üzüm sortlarına mənsubdur. «Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında keçmiş Sov.İKP və Nazirlər Sovetinin 22 fevral 1979-ju il qərarı qarşıya möhtəşəm vəzifələr qoydu. Həmin qərara əsasən 1990-jı ildə respublikada üzüm istehsalının 2,5-3,0 milyon tona çatdırılması nəzərdə tutulmuşdur. 1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126.1 min ton, hektardan məhsularlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həjminə görə keçmiş İttifaqda birinci yerə çıxdı. Vaxtilə üzümlüklərin 69,1%-i suvarılma, 30,9%-i isə dəmyə şəraitində əkilib-bejərilirdi. Barverən yaşda olan ümumi üzüm sahələrinin 85,3%-ni texniki sortların, 14,7%-ni isə süfrə sortlarının əkinləri təşkil edirdi. 80-ci illərdə Azərbaycanda mövjud olan üzümlüklərin 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqnı, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı yerli üzüm sortlarının (jəmi 50,1%) bejərildiyi sahələr təşkil edirdi. Çox təəssüf ki, Keçmiş SSRİ-də «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıjı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzümlüklərdə yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ümumiyyətlə, respublikada bar verən üzümlüklərin sahəsi 1993-cü ildə 127 min hektara qədər azalmış, məhsul istehsalı 289 min ton, məhsuldarlıq isə kəskin azalaraq 228 s/ha təşkil etmişdir. 1985-ci illə müqayisədə üzümlüklərin sahəsinin 2 dəfə, məhsul istehsalının 1,500 min ton, məhsuldarlığın isə 58 s/ha qədər kəskin azaldığı aydın olmuşdur. Respublikada 1992- 1993-cu illərdə mülkiyyətə münasibət məsələlərinin dəyişməsi ilə əlaqədar və eləcə də bir sıra obyektiv və subyektiv səbəblərdən ölkə iqtisadiyyatında çox mühüm yer tutan üzümçülük və şərabçılıq kompleksi yenə də zəifləməyə başlamış, bar verən üzüm bağlarının ümumi sahəsi 286 min hektardan 10 min hektara enmişdir. 43 min hektar üzüm bağları erməni isğalı altında qalmışdır. Bu müddət ərzində üzümlüklərin məhsuldarlığı xeyli aşağı düşmüş, üzüm istehsalının həcmi isə 8-10 dəfədən çox azalmışdır. Nəticədə üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşmüşdür. Son illərdə ölkə rəhbərliyi tərəfindən Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu sahədə müşahidə olunan tənəzzülün qarşısı artıq H.Əliyevin ölkə rəhbərliyinə yenidən dönüşündən sonra alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artmağa başladı. H.Əliyev üzümçülük və şərabçılığı Müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılmasının zəruri hesab edərək, 29 yanvar 2002-ci ildə «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Həmçinin ölkə prezidenti cənab İlham Əliyevin qəbul etdiyi «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair» Dövlət Proqramı (2004-2008-ci illər) ilə nəzərdə tutulmuş tədbirlər də öz nöbəsində aqrar sahənin, o cümlədən üzümçülük və şərabçılığın inkişafının qarşısında geniş perspektivlər açdı. Əlbəttə, bu siyasət artıq öz bəhrəsini verməkdədir. Artıq respublikada müşahidə olunan iqtisadi inkişaf üzümçülük və şərabçılıq sahəsindən də yan keçməmişdir. Bunun nəticəsidir ki, respublikada üzümlüklərin sahəsi ildən-ilə artır, yeni-yeni üzümçülük fermer təsərrüfatları formalaşır, üzümlüklərin sahəsi genişləndirilir. Respublika Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 saylı Fərmanı ilə təsdiq olunmuş həmin Dövlət Proqramına əsasən, iqtisadi rayonlar üzrə bitkiçiliyin bütün sahələrində olduğu kimi üzümçülükdə də inkişafın əsas istiqamətlərinin müəyyən edilmiş və həyata keçirilmişdir. 2006-jı ildə respublikada üzümlüklərin sahəsi 10,025 hektara, məhsul istehsalı 94,142 tona, məhsuldarlıq isə 76,7 s/ha-ya çatmışdır. Üzümlük sahələri əsasən fermer, ailə-kəndli və ev təsərrüfatlarında (92,2%) inkişaf etdirilir. Üzümçülüklə məşğul olan dövlət kənd təsərrüfatı müəssisələri isə jəmi 7,8% təşkil edir. Ev təsərrüfatlarında əsasən süfrə üzüm sortları yetişdirilir. |
|
|
ƏHALİNİN NƏZƏRİNƏ! ____________________
PORTVEYN "NAXÇIVAN"
00 AZN
"MƏDRƏSƏ" ŞƏRABI
00 AZN
KONYAK SPİRTİ
00 AZN
"KAQOR" ŞƏRABI
00 AZN
|

Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. İndiki Azərbaycan ərazisində üzümün bejərilməsinin qədimliyini çoxsaylı ədəbiyyat məlumatları, eləjə də arxeoloci qazıntılar zamanı tapılmış zəngin qədim əşyalar, maddi mədəniyyət abidələri, üzüm bitkisinin müxtəlif orqanlarının, üzüm və şərabçılıq məhsullarının qalıqları sübut edir. Hazırda Şimali Amerika, Şərqi Asiya və Avropa əraziləri dünyada üzüm bitkisinin mənşə mərkəzləri hesab olunur ki, Avropada da, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən qədim mənşə, yaranma və formalaşma mərkəzlərindən olub, yabanı üzüm formaları və qiymətli yerli üzüm sortları ilə zəngindir. Üzüm bitkisinin qazıntı halında tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm 55 milyon il bundan qabaq, bizim planetin geoloci tarixinin üçüncü dövründə meydana gəlmişdir. Buna əyani sübut olaraq Azərbaycanın Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli tapıntı kimi göstərmək olar. Təxminən 500 min il tarixə təsadüf edən yabanı üzüm yarpağının daşlaşmış qalıqları Araz çayının ətrafında yuxarı pliosen qatında Naxçıvan ərazisindən tapılmışdır. Bozdağın qərb hissəsində (Göygöl rayonunda) geoloji tədqiqat apararkən 1-2 milyon il bundan qabaq əmələ gəlmiş Abşeron adlanan çöküntülərdə yabanı üzümün yarpaqlarının daş üzərindəki izlərindən ibarət zəngin tapıntılar aşkar olunmuşdur. 1962-ci ildə Ağstafa yaxınlığında eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində ən azı 7000 illik tarixi olan mədəni üzüm toxumları arxeoloci qazıntılar zamanı tapılmışdır. Arxeoloci qazıntılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gilələr aşkar olunmuşdur. Toxumların ən irisi 6,5 mm, gilələrin böyüklüyü isə 18-20 mm ölçüdə olmuşdur. Mütəxəssislər gilə və toxumların süfrə sortlarına məxsus olduğunu göstərirlər. Gənjəçay ərazisində son tunj dövrünə aid olan bir kurqandan tapılan gil qabın içərisindəki qalıqlarda şərab çöküntüləri və üzüm toxumları çoxluq təşkil etmişdir. İçərisində üzüm qalıqları olan şərab küpləri Mingəçevirdə tunj dövrünün sonuna aid olan qədim qəbirlərdən də tapılmışdır. Qazax şəhərinin qərbindəki Sarıtəpə adlı qədim yaşayış yerində arxeoloci qazıntılar zamanı iri küplər, üzüm gilələri və toxumları tapılmışdır. Eramızdan əvvəl II minilliyin sonuna aid olan bu tapıntılar üzərində tədqiqat aparan professor A.M.Neqrul onların mədəni üzümə aid olduğunu müəyyən etmişdir. Azərbaycanda şərabçılığın qədim tarixi abidələrindən biri də 1931-ci ildə Göy-göl rayonu yaxınlığında təpənin qazılması zamanı Y.H.Hummel tərəfindən tapılmış küpdür. 1939-1949-cu illərdə B.B.Piotrovski (1949, 1950) bu tapıntını tunc dövrünə - e.ə. II minilliyin sonu və birinci minilliyin əvvəlinə - aid etmişdir. Küpün içərisində üzüm toxumları, habelə şərabın daşlaşmış çöküntüləri olmuşdur. 1956-jı ildə Gədəbəy rayonunun Xar-xar kəndində XVI əsrə aid edilən küp və şərab saxlamaq üçün nəzərdə tutulan başqa qablar tapılmışdır. Tədqiqatlarla aydınlaşdırılmışdır ki, tapılan küp şərab istehsalı və saxlanılması üçün hazırlanmışdır. Küpdəki qalıqların tədqiqatı göstərmişdir ki, burada şərab çöküntüləri üstünlük təşkil edir. Arxeoloji qazıntılar zamanı tapılan üzüm qalıqları, təsərrüfat küpləri ilə yanaşı üzümçülükdə və şərabçılıqda işlədilən qədim əmək alətlərini (salxımların töküldüyü hovuz, üzüm əzmək üçün axurlar, üzüm əzən alətlər, küplər, qədəhlər və s.) Azərbaycan əhalisinin əkinçilik mədəniyyətinin qədimliyindən xəbər verir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdir ki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları (400-dən çox) və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri, habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar (mürəbbə, riçal, doşab, sirkə, abqora, sujuq, kişmiş, mövüj, turşaşirin, şirə, şərbət, şərablar, spirt və s.) bu ərazidə əhalinin üzümçülüklə kor-koranə deyil, məqsədyönlü məşğul olduğunu göstərir. Müxtəlif dövrlərdə yaşamış dünyanın məhşur tarixçi, səyyah, joğrafiyaşünas və alimlərinin əsərlərində, qeydlərində, xatirələrində də Azərbaycanın üzümçülüyü və şərabçılığı haqqında dəyərli fikirlər vardır. Dünyanın məhşur səyyah, joğrafiyaşünas və alimləri Heredotun (e.ə. V əsr), Plininin (e.ə. 23-79-cu il), Strabonun (e.ə. I əsr-eramızın II-III əsri, 330-400-cü illər), Əbü Düləfilin (X əsr), Afanasi Nikitinin (XI əsr), Məsud ibn Nəmdarın (XII əsr), Yexstafinin (XII əsr), Həmdullah Qəzvinin (XIII əsr), Mikluxo Maklayın (XIII əsr), Rəşid əd-dinin Əbdürəşid Qamivinin (XIII əsr), Marko Polonun (XIII-XIV əsr), Adam Oleraninin (XVII əsr), Evliya Çələbinin (XVII əsr), Korneli de Bruinin (XVII-XVIII əsr), İ.İ.Şopenin (XIX əsr), Fridrix Marşal fon Biberşteynin (XVIII-XIX əsr) və başqalarının əsər, xatirə və qeydlərində üzümün ən qədim vətənlərindən birinin Azərbaycan olduğu barədə fikirlər vardır.

