QUBA-XAÇMAZ BÖLGƏSİNDƏ AQRAR SAHƏDƏ ÜZÜMÇÜLÜYÜN İNKİŞAFI![]() Bu bölgəyə Azərbaycanini Şimal bölgəsi bir tərəf kiçik və böyük Qafqaz dağlarının ətəkləri digər tərəf Xəzər dənizi sahil boyu ərazisində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları daxil olmaqla, hər rayon ərazisi özünün aran və dağətəyi əraziləri ilə yanaşı dəniz səviyyəsindən 100-300 m hündürlükdə yerləşir və dağlıq əraziləri 4000 m yuxarı hündürlük təşkil edir. Qubanın dağlıq hissəsində dəniz səviyyəsindən təqribən 600-650 və 700 m hündürlükdə orta temperatur 10°C, aran yerlərdə 12-15 °C-dir. Şimal küləkləri daha çox daxil olduğundan ilin 9 ayı sərin və nisbətən soyuq keçir. Aktiv temperaturun miqdarı 3800-4000°C-dir. Yağmurların miqdarı 340-350 mm-dir. Qusar-Quba və Şabran-Siyəzən rayonlarının ərazilərinin dağətəyi hissəsi dəniz səviyyəsindən 400-900 m hündürlükdə yerləşir, aktiv hərarət 2700-3700°C, yağmurun miqdarı 500-700 mm-dir. Şabalıdı, meşə-qonur və qəhvəyi torpaqlarda meyvəçilik, arıçılıq və aşağı gəldikcə tərəvəzçilik, heyvandarlıq (bütün zonada) iqtisadiyyatın əsasını təşkil edir. Bölgənin aran hissəsində süfrə üzümçülüyünün, dağətəyi hissəsində isə texniki üzümçülüyün inkişaf etdirilməsinə son 10 ildə yenidən maraq artmışdır. Şərabçılığın süfrə şərabları, şampan və konyak materiallarının istehsalı istiqamətində ixtisaslaşma işləri davam edir. Bölgədə rayonlaşdırılmış sortlarla yanaşı (Ağ şanı, Qara şanı, Təbrizi, Mədrəsə, Xındoqnı, Nimrəng, Hüseyni, Çəhrayı Tayfı və s.) üzüm sortları qədimdən (XVIII-XIX əsr) bu bölgəyə məxsus aborigen üzüm sortları hesab olunur. XX əsrin 70-90-cı illərində, eləcə də XXI əsrin ilk illərindən bugünədək “Xaçmaz Şərab” ATSC tərəfindən hər istehsal edilən üzüm və şərab məhsulundan daxili bazarı təmin etməklə respublikadan kənar ölkələrə üzüm, şərab və konyak spirti kimi məhsullar ixrac olunub və nəticədə əldə edilən gəlir rayonun iqtisadiyyatında, vergi siyasətinin inkişafında öz mənafeyini vermişdir. |
|
|
ƏHALİNİN NƏZƏRİNƏ! ____________________
PORTVEYN "NAXÇIVAN"
00 AZN
"MƏDRƏSƏ" ŞƏRABI
00 AZN
KONYAK SPİRTİ
00 AZN
"KAQOR" ŞƏRABI
00 AZN
|


