Azərbaycan üzümün yetişdirilməsi və onun ilkin emalı sahəsi ilə hələ eramızdan əvvəl qədimdən məşğul olan dünyəvi ölkələrdən biridir. XIX əsrin sonundan üzümçülüyün sənaye istiqamətli ixtisaslaşması kənd təsərrüfatının yeni sahəsi kimi formalaşmış və bu günədək inkişafı davam edir və ixrac yönümlü məhsullar istehsal edilir.
Ötən XX əsrin 70-80-ci illərində üzümçülük və şərabçılıq ən yüksək inkişaf dövrünü yaşamışdır. Belə ki, ölkədə 2200 mln tondan çox üzüm yetişdirilmişdir və 140-1160 mln dkl şərab istehsal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər nəticəsində üzümçülüyün yenidənqurma işləri yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası yenidən möhkəmləndirilmiş, peşəkar və ixtisaslı kadr siyasəti potensialı işləri davam etdirilir.
Azərbaycanda üzümçülüyün istehsalı və emalı inkişafı ilə əsasən son 150 ilə yaxın Gəncə-Qazax, Dağlıq-Qarabağ, Qarabağ-Mil, Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara zonalarında, Abşeronda və Naxçıvan Muxtar Respublikasında bölgələri ixtisaslaşmışdır (işğal olunmuş ərazilər istisna). Üzümçülüyün ixtisaslaşdırılması və təkmilləşdirilməsi sahəsində görülən genişmiqyaslı kompleks işlərin nəticəsində ənənəvi üzümçülük rayonları olan Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ, Şamaxı, Göy-göl, Şəmkir , Siyəzən, Şabran və Xaçmaz rayonları üzrə üzüm istehsalı xeyli artmışdır. İsmayıllı, Ağsu, Lerik, Yardımlı, Tovuz, Cəlilabad, Beyləqan rayonlarında son 10 ildə üzümlüklərin hər hektarından 100 sentnerdən çox məhsul alınmış və ümumən 2016-cı ildə 170 min tona yaxın məhsul yığılmışdır.
Hazırda ölkə əhalisinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıyevin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən lazımi tədbirlər icra olunur və davamlı işlər aparılır.
Azərbaycanın bu sahədə çalışan peşəkar mütəxəssisləri beynəlxalq səviyyədə tanınmış təşkilatlarla müntəzəm əməkdaşlıq edirlər. O cümlədən Fransada yerləşən Beynəlxalq üzümçülük və Şərabçılıq (OİV) təşkilatı ilə, Ümumrusiya Dövlət Elmi-Tədqiqat Alkoqolsuz, Pivə və Spirtli Içkilər İnstitutu, Krım bölgəsinin (Yalta şəhəri) Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu “Maqaraç” ilə, Odessa şəhəri Tairov adına Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə, Gürcüstan və Özbəkistan Respublikasının Elmi-Tədqiqat Institutları və ümumiyyətlə dünyanın əksər ölkələrində yerləşən sahəvi institut və təşkilatları ilə daim elmi və praktik əməkdaşlıq münasibətlərini davam edirlər.
Eyni zamanda ölkədə şərabçı kadr hazırlığı və tədqiqat işləri Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Texnologiya Universitetində (ATU), Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda (AETÜŞİ), Naxçıvan və Gəncədə yerləşən Təcrübə Stansiyalarında həyata keçirilir. ADAU və ATU da bakalavr və magistr pilləsi üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə keçmiş SSRİ-nin müvafiq universitet və Elmi-Tədqiqat İnstitutları, həmçinin Avropanın (Almaniya, İtaliya və s) qabaqcıl universitetləri arasında əlaqələr qurulur.
Dövlətimiz tərəfindən bu sahə üzrə bağlı özəl qurumların apardıqları işlərə dəstək verilir və onlara müxtəlif maliyyə yardımları edilir. Sahəyə güzəştli şərtlərlə kreditlər ayrılması belə dəstəklərdən xəbər verir.
шаблоны для dle 11.2