Bu gün respublikamızın qəsəbəsində fəaliyyət göstərən üzüm emalı və şərab-alkoqollu içkilər istehsal edən emal müəssisəsi özünəməxsus Zeynalabdin Tağıyev hüquqi qeydiyyati ilə “Xaçmaz şərab” ATSC-nin müəssisə kimi yaranma tarixi XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Məhz o dövrdə məşhur Şollar-Bakı su kəmərinin tikintisində mühüm rolu olmuş Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən Xudat qəsəbəsi yaxınlığında – indiki Yeni həyat qəsəbəsi adını daşıyan ətraf ərazidə salınan üzüm sahələrinin məhsullarının emalı məqsədilə mövcud şərab zavodu inşa edilmişdir. Həmin emal müəssisəsi Hacı Z.A. Tağıyevin sifarişi ilə ö dövrdə Azərbaycanın qərb ərazilərində məskunlaşan almanlar tərəfindən şərab zavodu inşa edilmişdir. Çox keçmir ki, o dövrün müasir emal avadanlığı ilə təchiz edilmiş zavod işə başlayaraq zamanında ətraf bölgələrin istehsalçılarının tələbatını təmin edir. O vaxtdan və Sovet İttifaqı dövrü və ölkəmizin müstəqillik illərində (1991-2017 və perspektiv illərdə) müəssisə bir neçə qısa fasilə nəzərə alınmazsa, daim fəaliyyət göstərmiş və daim öz istehlak tələbatını (daxili və xarici) ödəmişdir. Buradakı qədim emal avadanlığı (xüsusən palıd butlar 3-5 tonluq yaxud 300-500 dkl və çəlləklər) isə SSRİ-nin 1986-cı illərin geniş miqyas almış “antialkoqol” kampaniyası gedişində amansızcasına dağıdılaraq digər məqsədlərlə istifadə olunmuşdur. 1994-cü ildən ölkəyə H.Əliyevin rəhbərliyi ilə hazırda “Xaçmaz şərab” yenidən formalaşmış və Azərbaycanın emal müəssisələri sırasında geniş imkanlarla tanınan müəssisə bir neçə adda və çeşiddə yüksək keyfiyyətli məhsul istehsal və bir çox hissəsini MDB ölkələrinə ixrac edir. Hal-hazırda “Xaçmaz şərab”ın məhsullarına MDB məkanının bir çox ölkələrinin pərakəndə satış məntəqələrində tələbat məhsullarına rast gəlməsi labüddür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram: 1. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün. 3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2011-ci il № 1890
Azərbaycan üzümün yetişdirilməsi və onun ilkin emalı sahəsi ilə hələ eramızdan əvvəl qədimdən məşğul olan dünyəvi ölkələrdən biridir. XIX əsrin sonundan üzümçülüyün sənaye istiqamətli ixtisaslaşması kənd təsərrüfatının yeni sahəsi kimi formalaşmış və bu günədək inkişafı davam edir və ixrac yönümlü məhsullar istehsal edilir. Ötən XX əsrin 70-80-ci illərində
Bu bölgəyə Azərbaycanini Şimal bölgəsi bir tərəf kiçik və böyük Qafqaz dağlarının ətəkləri digər tərəf Xəzər dənizi sahil boyu ərazisində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları daxil olmaqla, hər rayon ərazisi özünün aran və dağətəyi əraziləri ilə yanaşı dəniz səviyyəsindən 100-300 m hündürlükdə yerləşir və dağlıq əraziləri 4000 m yuxarı hündürlük
Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. İndiki Azərbaycan ərazisində üzümün bejərilməsinin qədimliyini çoxsaylı ədəbiyyat məlumatları, eləjə də arxeoloci qazıntılar zamanı tapılmış zəngin qədim əşyalar, maddi mədəniyyət abidələri, üzüm bitkisinin müxtəlif orqanlarının, üzüm